Ukrayna və Rusiya nümayəndə heyətləri arasında dava  -FOTO -VİDEO
04 may 2023 22:04 (UTC +04:00)

Ukrayna və Rusiya nümayəndə heyətləri arasında dava -FOTO-VİDEO

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT) Ukrayna və Rusiya nümayəndə heyətlərinin üzvləri arasında Ankarada keçirilən iclasında dava düşüb.

Lent.az-ın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop məsələyə müdaxilə edərək, iclas iştirakçılarını sakit olmağa çağırıb.

Timofeyevanın çıxışı zamanı Ukrayna nümayəndə heyəti onun arxasında ultra millətçi “Sağ sektor” təşkilatının bayrağını açıb və Rusiya əleyhinə şüarlar səsləndirməyə başlayıb.

Rusiya nümayəndə heyətinin üzvləri Ukrayna tərəfinin hərəkətlərinin qarşısını almağa çalışıb, mübahisə olub.

Timofeyeva çıxış edərkən Ukrayna nümayəndə heyətinin rəhbəri Anna Purtova zalı tərk edib. Ukraynalı nümayəndə heyəti Timofeyevanın çıxışının sonuna qədər müdaxiləni davam etdirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1881
avatar

Oxşar yazılar