Ukrayna silahlı qüvvələri son 10 gündə 2000 kvadrat kilometrdən çox ərazini azad edib.
Lent.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.
“Qoşunlarımız cəbhənin müxtəlif istqamətlərində irəliləyir. Sentyabrın ilk günlərindən 2000 kvadrat kilometrdən çox ərazini azad edilib” deyə dövlət başçısı qeyd edib.
Sonda Zelenski Ukrayna hərbçilərinə təşəkkür edib.