"Twitter"də ilk paylaşımın yeni sahibi məlum oldu
23 mart 2021 01:40 (UTC +04:00)

"Twitter"də ilk paylaşımın yeni sahibi məlum oldu

“Twitter” mikrobloqlar şəbəkəsinin qurucusu Cek Dorsi tərəfindən 2006-cı ildə yazılmış ilk paylaşım onlayn auksionda təxminən 3 milyon dollara satılıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hərrac evinin “Twitter” səhifəsində bildirilib.

Keçən ilin dekabrında C.Dorsi ilk paylaşımını – “Sadəcə öz “Twitter”imi qururam” mesajını – satmağa qərar verib. Bu qərar əvvəlcə ictimaiyyətin diqqətini çəkməmişdi. Ancaq Dorsi paylaşımın satışa çıxarıldığı “Valuables” onlayn-hərracın linkini “Twitter”də yerləşdirdikdən sonra qiymət sürətlə artmağa başlayıb.

Sonda C.Dorsi “sinaEstavi”nin 2 915 835,47 dollar məbləğində təklifini qəbul edib. Beləcə, ilk tvitin sahibi “sinaEstavi” adlı istifadəçi olub. Onun Malayziyada yaşadığı və blokçeyn sahəsində bir şirkət idarə etdiyi bildirilir.

Dorsi hərracdan əldə etdiyi gəliri xeyriyyəçiliyə sərf edəcəyini bəyan edib.

# 1194
avatar

Oxşar yazılar