Türkiyənin Meteorologiya idarəsi sabah ölkə ərazisində yağışların yağacağı ilə bağlı açıqlama yayıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, əsasən Mərmərə dənizinin şərqində və Qərbi Qara dənizdə yağması proqnozlaşdırılan şiddətli yağışlar nəticəsində sel olması ehtimal edilir. Bununla bağlı insanlara xəbərdarlıq da edilib.
İstanbulla yanaşı, həmçinin Bursanın şərq hissəsində, Sakarya, Kocaeli, Yalova, Bilecik rayonlarında, Qərbi Qaradəniz bölgələrində də güclü yağış gözlənilir.
Sevinc Fərid