Türkiyədəki terroru törədən daha 2 nəfər   SAXLANILDI - VİDEO
18 noyabr 2022 16:48 (UTC +04:00)

Türkiyədəki terroru törədən daha 2 nəfər SAXLANILDI - VİDEO

İstanbulun İstiqlal küçəsində altı nəfərin ölümü və 81 nəfərin yaralanması ilə nəticələnən terror hadisəsində şübhəli bilinən 52 nəfər saxlanılmışdı.

Lent.az-ın “Milliyet”ə istinadən məlumatına görə, terrorda təqsirli bilinən daha bir neçə nəfər tutulub.

Belə ki, küçəyə bombanı qoyan Əhləm Əlbəşirə köməklik edən Bilal Həsəni adlı şəxsin yeni görüntüləri yayılıb. Görüntülərdə Bilal Həsəninin Yasin Əl Kolari və Əhlam Əlbəşirlə Taksimə gəldiyi, daha sonra Əhləmin İstiqlal küçəsindəki mağazaların birində alış-veriş etdiyi lentə alınıb.

Bununla yanaşı, Bilal Həsənini Ədirnə şəhərində qarşılayan və onun xaricə qaçmasına kömək edən Hüseyn Günəş də nəzarətə alınıb. Onun saxlanıldığı yer isə Ammar Jarkasın ifadəsi ilə ortaya çıxıb.

Qeyd edək ki, Ammar Jarkas Bilal Həsənini şəhərdən çıxarıb qaçmasına kömək edən şəxsdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1620
avatar

Sevinc Fərid

Oxşar yazılar