Türkiyədə yanğın Elektrik Stansiyasının ərazisinə keçdi
04 avqust 2021 23:09 (UTC +04:00)

Türkiyədə yanğın Elektrik Stansiyasının ərazisinə keçdi

 

Türkiyədə davam edən yanğın Milas rayonunundakı Kemerköy İstilik Elektrik Stansiyasının (İES) ərazisinə daxil olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə CNN-Türk məlumat yayıb.

Qeyd olunub ki, güclü külək yanğının genişlənməsinə səbəb olub, alovlar Kemerköy İES-in ərazisinə keçib.

Yanğının İES-də partlayışa səbəb olmaması üçün öncədən təhlükəsizlik tədbirləri görülüb. İES-in ətrafında xəndəklər qazılıb, işçilər və yaxınlıqdakı yaşayış yerlərindəki əhali təxliyə olunub.

Qeyd edək ki, 3 qurğudan ibarət 630 MW gücdə olan Kemerköy İES-in
gündəlik yanacaq tələbatı 21 600 tondur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1746
avatar

Oxşar yazılar