Türkiyədə pandemiya başlayandan bəri sutkalıq rekord həddə koronavirusa yoluxma qeydə alınıb.
APA “DHA”-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
"Bu gün ölkədə 39 302 yeni koronavirusa yoluxma, 152 ölüm hadisəsi qeydə alınıb. 2082 xəstənin vəziyyəti ağırdır. Ümumilikdə koronavirusdan ölən xəstələrin sayı 31 537 nəfərə çatıb", deyə nazirliyin açıqlamasında vurğulanıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi yoluxma sayının artması səbəbindən həftə sonları axşam saat 9-dan səhər 5-dək Türkiyənin əksər əyalətlərində yenidən komendant saatının tətbiq edildiyini bildirib.