Türkiyədə bu il minlərlə zəlzələ olub
31 dekabr 2025 09:35 (UTC +04:00)

Türkiyədə bu il minlərlə zəlzələ olub

0

Türkiyədə 2025-ci ildə 53 262 zəlzələ olub.

Lent.az NTV telekanalına istinadən xəbər verir ki, bu, 2023-cü ildən sonra Türkiyədə ən çox yeraltı təkan qeydə alınan il olub.

Bu il maqnitudası 4-dən yüksək 437 zəlzələ olub. Türkiyədə orta hesabla hər gün maqnitudası 4-dən böyük bir zəlzələ, 15 gündə maqnitudası 5-dən böyük, 73 gündə maqnitudası 6-dan böyük bir zəlzələ baş verib.

Başqa sözlə, Türkiyədə orta hesabla saatda 6, gündə isə 146 zəlzələ qeydə alınıb.

Bu il Türkiyədə zəlzələ ilə əlaqədar 3 nəfər ölüb, 594 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 180

Oxşar yazılar