Türkiyənin Bartın, Kastomonu, Sinop bölgələrində güclü yağışlar sel və daşqınlara səbəb olub.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, daşqınlar nəticəsində nəqliyyat vasitələri, bir çox yaşayış yerləri su altında qalıb. Bəzi bölgələrdə güclü yağışlar sürüşməyə də səbəb olub.
Məlumata görə, güclü daşqınlar zamanı bir yaşlı qadın itkin düşüb, bir nəfər isə infarkt keçirərək vəfat edib. 20-yə yaxın insan xilas edilib. Çoxlu sayda ev heyvanları tələf olub.
Qeyd edək ki, insanların təxliyəsi üçün həmin bölgələrə 3 helikopter göndərilib.
Sevinc Fərid