Türkiyədə 44 meşə yanğını  nəzarətə götürüldü
28 iyul 2025 02:28 (UTC +04:00)

Türkiyədə 44 meşə yanğını nəzarətə götürüldü

İyulun 27-də Türkiyənin müxtəlif bölgələrində baş vermiş 44 meşə yanğınının hamısı nəzarət altına alınıb.

Lent.az TRT Haber kanalına istinadən xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı naziri İbrahim Yumaklı jurnalistlərə məlumat verib.

Bununla yanaşı, üç vilayətdə, o cümlədən ən böyük meşə yanğınının baş verdiyi Bursa əyalətində alovların söndürülməsi işləri davam edir.

“Bursada güclü külək yanğınların söndürülməsinə mane olur və yeni yanğın ocaqlarının yaranmasına səbəb olur”, – deyə nazir deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 304

Oxşar yazılar