“Ən qısa zamanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Rusiya istehsalı “Sputnik V” peyvəndinin Türkiyədə tətbiqinə başlanılacaq”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib.
Nazir bildirib ki, peyvəndin ilk partiyasının çatdırılması may ayının əvvəlində reallaşdırılacaq və peyvəndin çatdırılması prosesi iyun ayında tamamlanacaq.
F.Qoca qeyd edib ki, 50 milyon doza “Sputnik V” peyvəndinin çatdırılması üçün müqavilə imzalanıb.