Türkiyə Hərbi Hava Qüvvələrinin İraq və Suriyanın şimalında həyata keçirdiyi antiterror əməliyyatının adı açıqlanıb.
Lent.az-ın xəbərinə görə, Türkiyə Milli Müdafiə Nazirliyi İraq və Suriyanın şimalında PKK/KCK/YGP və digər terror ünsürlərini zərərsizləşdirmək üçün “Pence Kılıc” hava hərəkatı həyata keçirildiyini açıqlayıb.
Qeyd edilib ki, Türkiyə BMT Nizamnaməsinin 1-ci maddəsinə əsasən, özünü müdafiə məqsədilə bu əməliyyatı həyata keçirib.
***
saat 08.45
Türkiyə Silahlı Qüvvələrinin bu gecə həyata keçirdiyi hava əməliyyatı zamanı Suriya və İraqın şimalında terrorçuların bazaları məhv edilib.
Lent.az xəbər verir ki, bu barədə A Haber kanalı Milli Müdafiə Nazirliyinə istinadla məlumat yayıb. Əməliyyata 50 təyyarə və 20 PUA cəlb olunub.
Yerüstü əməliyyatların da aparılacağı istisna edilmir.
***
04.29
Türkiyənin Milli Müdafiə Nazirlıiyi Suriya və İraqda terrorçuların bazalarına qarşı qisas əməliyyatına başlayıb.
Lent.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirlıiyi məlumat verib. Bildirilir ki, terrorçuların mövqeləri nöqtəvi zərbə ilə məhv edilir.