Türkiyənin cənub-qərb sahillərində baş verən zəlzələ nəticəsində bir nəfərin ölüb, 69 nəfər yaralanıb.
Lent.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında yazıb.
***
04:58
Xəbər verdiyimiz kimi, Egey dənizində, Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib.
Lent.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb.
Muğla valisi İdris Akbıyıkın sözlərinə görə, xəsarət alanlar zəlzələ zamanı panikaya düşən və yüksəkmərtəbəli binalardan tullananlardır.
***
03:54
Egey dənizində, Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Türkiyənin təxminən 95,8 min nəfərin yaşadığı Marmaris şəhərindən 18 km cənub-şərqdə yerləşib.
Zəlzələnin ocağı 58 km dərinlikdə olub.
Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
Təsir zonasında sunami təhlükəsi elan edilib.