Türkiyənin dünyada ilk lazer silahlı dronu 500, 300 və 100 metr məsafədən uğurla atəş açıb. Dron partlayıcı qurğuları uzaqdan məhv edə bilir.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi yazır.
"Eren" adlanan dronun maksimal uçuş hündürlüyü 3 min metrdir. Dron Türkiyə Təhlükəsizlik Baş İdarəsinin məhkəmə ekspertizası şöbəsinin koordinasiyası ilə TBTAK və ASSGUARD müdafiə şirkətləri tərəfindən hazırlanıb. Bütün sınaq mərhələləri başa çatdıqdan sonra dron ölkənin silahlı qüvvələrinə təhvil veriləcək.