ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İranla danışıqlar apardığını və İran tərəfinin razılığa gəlməkdə son dərəcə maraqlı olduğunu açıqlayıb.
Lent.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
"Onların liderləri yoxa çıxıb. Heç kim kiminlə danışacağını bilmir. Amma biz əslində düzgün insanlarla danışırıq və onlar razılaşmanı o qədər çox istəyirlər ki, bunu nə qədər çox istəyirlər, təsəvvür belə edə bilməzsiniz. Nə olacağını görəcəyik", - Tramp əlavə edib.