Tramp yenə iranı hədələdi : ABŞ İrana qarşı hərbi güc tətbiq etməyə hazırdır
10 aprel 2025 02:01 (UTC +04:00)

Tramp yenə iranı hədələdi: ABŞ İrana qarşı hərbi güc tətbiq etməyə hazırdır

Lazım gələrsə ABŞ İrana qarşı hərbi güc tətbiq etməyə hazırdır.

Lent.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Tramp qeyd edib ki, İranla Omanda keçiriləcək məsləhətləşmələr uzun bir prosesin yalnız başlanğıcı olacaq.

"Bir az vaxtımız var. Çünki onların nüvə silahı əldə etməsinə imkan verməyəcəyik. Mən çox şey istəmirəm. Onların nüvə silahı ola bilməz ", - o bildirib.

Qeyd edək ki, aprelin 12-də Omanda ABŞ və İran nümayəndələrinin görüşü keçiriləcək. Görüş zamanı İranın nüvə proqramı ətrafındakı vəziyyət müzakirə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1076

Oxşar yazılar