
Tramp müttəfiqlərinə çağırış etdi: "İmpiçmenti dayandırın"

ABŞ-ın hazırkı prezidenti Donald Tramp və baş məsləhətçisi Jared Kuşner Konqresdəki müttəfiqlərinə müraciət edərək mümkün impiçment məsələsini dayandırmağa çağırıblar.
APA “The Washington Post”a istinadən xəbər verir ki, Konqresdə Trampa qarşı impiçmentin qaldırılmasında məqsəd daha çox onun gələcəkdə yenidən prezidentliyə namizəd olmasını qadağan etmək istəyidir.
Qəzetin yazdığına görə, hazırda Tramp və Kuşnerin bu çağırışlarının nəticə etibarı ilə uğur qazanıb-qazanmayacağı bəlli deyil.
Bu arada Respublikaçıların kiçik bir qrupu yeni seçilmiş prezident Cozef Baydenə impiçmentin qarşısını almağa çalışması üçün məktub təqdim edib. Bu müraciəti şərh edən Baydenin mətbuat xidməti mümkün impiçmentlə bağlı qərarın Konqresdəki qanunvericilər tərəfindən verilməli olduğuna dair yeni seçilmiş prezidentin sözlərini xatırladıb.
Qeyd edək ki, Trampın Kapitoliydakı və partiyadaşları arasındakı qarışıqlıqla əlaqədar tənqid olunmasına baxmayaraq, ABŞ Nümayəndələr Palatasında impiçmentin əleyhinə olan konqresmenlər var.
Xatırladaq ki, cümə günü alt palatadakı Respublikaçı azlıqların lideri Kevin Makkarti Trampın səlahiyyət müddətinin sona çatmasına 12 gün qalmış impiçment elan edilməsinin ölkənin bölünməsini daha da dərinləşdirəcəyini vurğulamışdı.

Oxşar yazılar

Çexiyanın XİN rəhbəri koronavirusa yoluxdu
18 yanvar 2021 , 20:28
Koronavirusun qorxusundan üç ay hava limanında yaşadı
18 yanvar 2021 , 19:38
Navalnı barəsində həbs qərarı verildi
18 yanvar 2021 , 18:05
Aleksey Navalnı Moskvada saxlanıldı
17 yanvar 2021 , 22:32
Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydləri hara gedib? - ÜSTÜ AÇILDI
17 yanvar 2021 , 19:01
Türkiyədə Rusiya gəmisi batdı
17 yanvar 2021 , 14:41
SOS: Yerin temperaturu pik həddə çatacaq
17 yanvar 2021 , 08:22
ABŞ-da məhkumlara gün boyu kameralardan çıxmaq QADAĞAN EDİLİR
17 yanvar 2021 , 08:00