Tramp "miqrant ovuna"  başlayır
18 yanvar 2025 07:01 (UTC +04:00)

Tramp "miqrant ovuna" başlayır

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyası yanvarın 21-dən qeyri-qanuni mühacirlərin kütləvi deportasiyası ilə bağlı seçkiqabağı kampaniyası zamanı verdiyi vədləri yerinə yetirməyə başlayacaq.

Lent.az xəbər verir ki, bu barədə “Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, miqrantlara qarşı ilk genişmiqyaslı reyd Çikaqoda başlayacaq və həftənin sonuna qədər davam edəcək. Əməliyyatda təxminən 200 ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin əməkdaşı iştirak edəcək.

Qəzet yazır ki, onların hədəfi ilk növbədə cinayət keçmişi olan qeyri-qanuni miqrantlar olacaq.

Nəşr qeyd edir ki, Çikaqodan sonra miqrant reydləri Nyu-York, Los-Anceles, Denver və Mayamidə keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582
avatar

Oxşar yazılar