Hadisə Əfqanıstanın Sorxud şəhərində baş verib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Taliban milisi toyu təftiş edərkən bir neçə nəfərin kənarda musiqi dinlədiyini görüb. Milislərin atəş açması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Faktı əyalətin qubernatoru da təsdiq edib.
Qeyd edək ki, Taliban ilk hakimiyyəti dövründə (1996-2001) bütün növ musiqini və kinonu qadağan etmişdi. Yenidən hakimiyyətə gələrkən hərəkat musiqiyə qadağa qoyulmayacağını desə də, real vəziyyət əvvəlki kimidir.