Terrora hazırlaşan "Hizbullah" komandiri uşaqlarla birlikdə öz evini PARTLATDI
08 fevral 2025 12:40 (UTC +04:00)

Terrora hazırlaşan "Hizbullah" komandiri uşaqlarla birlikdə öz evini PARTLATDI

"Hizbullah" terror qruplaşmasının səhra komandiri Abbas Haydar partlayış zamanı ölüb.

Lent.az İsrail mediasına istinadla bildirir ki, hadisə Livanın cənubunda yerləşən Tahir Xərfa kəndində baş verib. Qeyd olunur ki, qruplaşma komandiri hücuma hazırlaşdığı özünün partlayıcı qurğusu ilə partladılıb.

Məlumata görə, səhər saatlarında Haydarın evində güclü partlayış baş verib. Nəticədə yaraqlının özü, dostu və terrorçunun uşağı da daxil olmaqla azı dörd nəfər həlak olub.

Livanın rəsmi İnformasiya Nazirliyi bildirib ki, Haydar payız hücumlarından qalan partlamamış İsrail raketi ilə partladılıb. Daha sonra belə bir versiya ortaya çıxdı ki, İsrail terrorçunun evində kürsüyə bomba qoyub.

Bununla belə, son aydınlığı IDF-nin (İsrail Müdafiə Qüvvələri) ərəbcə nümayəndəsi polkovnik Aviçai Adrai gətirib. O bildirib ki, partlayış Heydərin özünün səhvi ucbatından baş verib:

“Partlayıcı qurğu terror aktı törətmək üçün nəzərdə tutulmuşdu, lakin vaxtından əvvəl işə düşüb və Haydarı ailə üzvləri ilə birlikdə öldürüb”.

O, həmçinin Livan sakinlərinə Hizbullahın silahlarının təkcə İsrail üçün deyil, həm də livanlıların özləri üçün təhlükə olduğunu xatırladıb və onları terror qruplaşmasının obyektlərindən uzaq durmağa çağırıb.

Paralel olaraq İsrail Hərbi Hava Qüvvələri Hizbullah infrastrukturuna qarşı əməliyyatları davam etdirir. Ötən gecə İsrail Hərbi Hava Qüvvələri Livanda silah anbarlarına və silah qaçaqmalçılığı marşrutlarına zərbələr endirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555

Oxşar yazılar