Təmiz qızıldan küçə salınacaq
30 yanvar 2026 19:20 (UTC +04:00)

Təmiz qızıldan küçə salınacaq

0

Dubay yeni bir turistik məkanın - əsl qızıldan tikilmiş bir küçənin yaradıldığını elan edib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, o, turistlərin qızıl və zərgərlik əşyaları aldığı məşhur Qızıl bazarının yaxınlığında tikiləcək.

Uzun müddətdir ki, lüks, vergisiz gəlirlər və "qızıl ilə döşənmiş küçələr" ifadəsi ilə əlaqələndirilən şəhər bu imicini növbəti səviyyəyə qaldırmaq qərarına gəlib. Gələcək Qızıl küçəsi yeni Dubay Qızıl rayonunun bir hissəsi olacaq. Onun yaradılmasını Dubay Media ofisi elan edib. Lakin "qızıl küçə"nin dəqiq açılış tarixi hələ açıqlanmayıb. Tikintidə qızılın necə istifadə ediləcəyi də məlum deyil; tikinti şirkəti hələlik heç bir detal açıqlamayıb.

Yeni Qızıl küçə, təxminən min qızıl və zərgərlik mağazasının yerləşdiyi Deyradakı mövcud Qızıl bazarının rebrendinqi olacaq. 

Dubay Media ofisinin məlumatına əsasən, Birləşmiş Ərəb Əmirlikləri qızıl ticarətinin həcminə görə dünyada ikinci istiqamət hesab olunur. 2024–2025-ci illərdə ölkə 53,41 milyard dollar dəyərində qızıl ixrac edib.

Gold Souk Dubayın köhnə şəhər hissəsində yerləşən əsas turizm məkanlarından biri olaraq qalır və ədviyyat, ətir və antik əşyalar bazarları ilə yanaşı ən çox ziyarət edilən yerlərdəndir.

Dubai Festivals and Retail Establishment-in baş direktoru Əhməd Əl-Hadja bildirib ki, qızıl Dubayın mədəni və kommersiya həyatının ayrılmaz hissəsidir və şəhərin irsini, rifahını və sahibkarlıq ruhunu simvolizə edir. Onun sözlərinə görə, yeni layihə ənənə ilə yaradıcılığı birləşdirəcək.

Rekordlar şəhəri

Dubay uzun müddətdir qeyri-adi və nəhəng turizm layihələri ilə tanınır.

Burj Khalifa – dünyanın ən hündür binası

Ain Dubai – ən böyük müşahidə çarxı

Deep Dive Dubai – dalğıc üçün dünyanın ən dərin hovuzu

2024-cü ildə şəhərdə iqlim nəzarətli küçə açılıb və burada hər 30 dəqiqədən bir “yağış” effekti yaradılır. Bu məkan The World Islands süni arxipelaqında yerləşir. Bundan əlavə, iki kilometrlik kondisionerli piyada körpüsü – “future loop” layihəsi də anons olunub. Bu körpü əsas rayonları və metro stansiyalarını birləşdirərək +45°C temperaturda belə şəhərdə rahat gəzintini mümkün etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar