ABŞ-ın Virciniya ştatında silahlı şəxs tələbə şəhərciyinin 2 mühafizəçisini öldürüb.
Lent.az-ın xəbərinə görə, Universitetin rektoru bildirib ki, ərazidə şübhəli şəxs olması barədə məlumat alan mühafizəçilər hadisə yerinə gəliblər. Bir qədər söhbətdən sonra həmin şəxs odlu silahla mühafizəçiləri güllələyib. Polis hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıb. Cinayətdə istifadə edilən silah da tapılıb. Polislər şübhəlini yaralı halda yaxalayaraq xəstəxanaya yerləşdiriblər.