Təhlükəsizlik qüvvələrinn olduğu avtobus aşdı,  52 nəfər...
14 oktyabr 2022 05:19 (UTC +04:00)

Təhlükəsizlik qüvvələrinn olduğu avtobus aşdı, 52 nəfər...

0

Qazaxıstanın Aktobe vilayətində içərisində 52 sərnişinin olduğu avtobus aşıb.

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Aktobe vilayətində avtobus aşıb. Oktyabrın 13-də Samara-Şımkent avtomobil yolunun Akjar kəndi yaxınlığında "Setra" markalı sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtobus dərəyə aşıb", - deyə nazirlikdən bildirilib.

Qəza qəza zamanı avtobusda 52 sərnişin olub, onlardan 9-u xəsarət alıb.

"Avtobusda 52 sərnişin olub. Onlar təhlükəsizlik orqanlarından birinin əməkdaşlarıdır və növbə dəyişmək üçün əraziyə gedirdilər. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 9 sərnişin Xromtau şəhər mərkəzi xəstəxanasına çatdırılıb”, - deyə məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2494

Oxşar yazılar