Tatuaj genetik mutasiya və xərçəng yaradır - Avropa Komissiyası
05 yanvar 2022 03:24 (UTC +04:00)

Tatuaj genetik mutasiya və xərçəng yaradır - Avropa Komissiyası

Tatuajda və makiyajda istifadə edilən insan sağlamlığına zərərli olan bəzi maddələrin Avropa İttifaqında satışı və istifadəsi qadağan edilib.

Lent.az-ın xəbərinə görə, bu barədə Avropa Komissiyası məlumat yayıb. 

Komissiya bildirir ki, 7 dövlət hələ 2 il əvvəl bu tip maddələri lokal səviyyədə qadağan etmişdi. İndi qadağa bütün ittifaqı əhatə edir. Söhbət döymədə istifadə edilən və xərçəng riski yaradan rənglərdən gedir. Bu rənglər eyni zamanda genetik mutasiya, dəridə qıcıqlanma yarada, həmçinin insanın nəsilartırma qabiliyyətini aşağı sala bilir. Tatuların lazerlə silinməsi zamanı rənglər daha xırda hissələrə parçalanaraq orqanizmdə ömürlük qalır. 

Qadağan edilmiş maddələrin daha təhlükəsiz alternativləri bazarda mövcuddur.

Statistikaya görə, Avropada əhalinin azı 12%-i tatuajdan istifadə edir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 978
avatar

Oxşar yazılar