Tarakan dərmanı yeyən körpə komaya düşdü: 51 gün sonra...
04 yanvar 2022 19:50 (UTC +04:00)

Tarakan dərmanı yeyən körpə komaya düşdü: 51 gün sonra...

Rusiyanın paytaxtında bir yaşlı oğlan uşağı tarakan dərmanından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Baş İstintaq Komitəsinin Moskva üzrə İdarəsi məlumat yayıb.

Bildirilib ki, valideyn nəzarətindən kənarda qalan azyaşlı həblə mətbəxdə rastlaşıb.  

O, dərmanı dərhal dilinin üstünə qoyub və udub. Sonra oğlan ağlamağa başlayıb. Həmin gecə  hərarəti yüksəlməyə başlayıb. Xəstəxanaya yerləşdirilsə də, həkimlər körpənin səhhətini yaxşılaşdıra bilməyiblər. 

Uşaq iki aya yaxın komada qalıb. 

Körpə tarakan dərmanını ötən ilin noyabrın 13-də qəbul etsə də, 51 gün sonra – bu il yanvarın 3-də xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Moskva Prokurorluğu araşdırmanı nəzarət götürüb.

Qeyd edək ki, körpənin valideynləri bir neçə il əvvəl qonşu ölkələrdən birindən Moskvaya köçüblər. Sovxoznaya küçəsində kirayə qalıblar. 2020-ci ilin iyulunda  uşaqları dünyaya gəlib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3609
avatar

Oxşar yazılar