Tanınmış siyasətçini yüzlərlə arı sancıb  öldürdü - VİDEO
15 yanvar 2025 14:51 (UTC +04:00)

Tanınmış siyasətçini yüzlərlə arı sancıb öldürdü - VİDEO

Braziliyada tanınmış siyasətçi yüzlərlə arının hücumuna məruz qaldıqdan sonra ölüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Ceara əyalətinin Tiangua şəhərində baş verib. 70 yaşlı Fransisko Eudes Alves Qomes yanvarın 9-da avokado fermasında arıların sancması nəticəsində xəsarət alıb. Məlumata görə, o, traktorla yeni əkinlər üçün torpaq hazırlayırmış. Siyasətçi işləyərkən təsadüfən arı pətəyinin yerləşdiyi ağaca toxunub.

Arının hücumu onun yoldaşı tərəfindən videoya çəkilib. Kadrlarda Qomesin avtomobildən necə düşərək qaçmağa çalışdığı, onun üzərinə qonan və onu sancmış arıları davamlı olaraq əli ilə qovduğu görünür.

Bu sancmaların ardından Qomes anafilaktik şok keçirib. O, xəstəxanaya çatdırılsa da, həkimlər ona kömək edə bilməyiblər.

Qeyd olunur ki, Fransisko Qomes dörd müddət Tiangua şurasının üzvü olub və yerli sakinlər tərəfindən hörmətlə qarşılanıb. O, sonuncu dəfə 2013-2016-cı illərdə şurada çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1059
avatar

Oxşar yazılar