Tanınmış model Ceremi Ruhlman 27 yaşında vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə məşhur dizayner Kristian Siriona məlumat yayıb.
O, gənc modelin şəklini şəxsi sosial şəbəkə hesabında paylaşaraq “Onu sonsuza qədər sevəcəyəm”, - şərhini yazıb.
Modelin ölüm səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, mərhum model moda sektorunda karyera yüksəlişləri əldə etmək üçün universiteti bitirmədən tərk etmişdi.