“Taliban”:  Məscidi İŞİD-in XORASANDAKI QOLU  partladıb
16 oktyabr 2021 04:17 (UTC +04:00)

“Taliban”: Məscidi İŞİD-in XORASANDAKI QOLU partladıb

0

“Taliban” rəhbərliyi şiə məscidində törədilən terror aktını qınayır və partlayışı törətməkdə İŞİD-in Xorasandakı qolunu günahlandırır”. 

APA xəbər verir ki, bunu “Taliban” hökumətinin İnformasiya Nazirliyinin sözçüsü Bilal Kərimi bildirib.

Kərimi deyib ki, hadisəsi ilə əlaqədar araşdırmalara başladılıb: “Cinayətkarlar tapılacaq və cəzalandırılacaq”. 

Xatırladaq ki, oktyabrın 15-də Əfqanıstanın Qəndəhar şəhərində şiə məscidində törədilmiş terror aktı nəticəsində azı 62 nəfər ölüb, 68 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1368

Oxşar yazılar