"Taliban" Əfqanıstanın daha bir şəhərini işğal edib.
Lent.az-ın xarici KİV- istinadən verdiyi məlumata görə, "Taliban" Əfqanıstanın ikinci böyük şəhəri Qəndəharı və üçüncü böyük şəhəri Heratı ələ keçirib.
Bu gün səhər saatlarında isə paytaxt Kabilin 130 km-də yerləşən Qəzni şəhəri də "Taliban" terroçuları tərəfindən işğal olunub. Bununla da artıq paytaxt Kabil mühasirəyə alınır. Ölkənin paytaxtdakı səfirlikləri əməkdaşlarını şəhərdən çıxarmağa başlayıblar.
***
Saat: 09:51
“Taliban” terror qruplaşması Əfqanıstanın Hilmənd vilayətinin inzibati mərkəzi olan Ləşgərgah şəhərini ələ keçirib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, “Taliban” silahlıları bu şəhərdə qubernatorun ofisini, polis idarəsini və dövlət obyektlərini tutublar.
Məlumata görə, bir neçə hərbçi təslim olub, ölənlər də var.