Sudanın paytaxtına 1023 gündən sonra  ilk dəfə sərnişin təyyarəsi endi
02 fevral 2026 05:21 (UTC +04:00)

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi endi

0

Sudanın paytaxtı Xartumdakı Xartum Beynəlxalq Hava Limanına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş edib.

Lent.az xəbər verir ki, bu barədə Sudanın rəsmi xəbər agentliyi məlumat yayıb.

Xartum Beynəlxalq Hava Limanı şərqi Sudanın Port Sudan şəhərindən gələn Sudan Hava Yollarına məxsus sərnişin təyyarəsini qarşılayıb.

Beləliklə, 2023-cü il aprelin 15-dən sonra Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında toqquşmaların başlamasından bəri ilk dəfə paytaxt Xartuma sərnişin təyyarəsi enib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 148

Oxşar yazılar