İraqın şimalında suyun çəkilməsi nəticəsində bir kənd üzə çıxıb.
Lent.az-ın xəbərinə görə, 1985-ci ildə Dohuk şəhəri yaxınlığında su anbarı tikilərkən bir kənd su altında qalıb.
Anbardan əsasən əkin sahələrinin suvarılmasında istifadə edilib. Bu il yağıntı az olduğu üçün suyun səviyyəsi 7 metr aşağı enib. Nəticədə, kəndin qalıqları üzə çıxıb. İndi bu keçmiş yaşayış məntəqəsini batma təhlükəsi olmadan gəzmək mümkündür.