Şkafı təmizləyən qadın 100 min dollar  qazandı - Görün necə?
03 oktyabr 2025 17:54 (UTC +04:00)

Şkafı təmizləyən qadın 100 min dollar qazandı - Görün necə?

0

ABŞ-ın Virciniya ştatının Riçmond şəhərində yaşayan Alfreda Hokins təsadüfən 100 min dollar qazanıb.

Lent.az xarici mediaya istinadla bildirir ki o, evdə şkafı yığışdırarkən köhnə lotereya biletinə rast gəlib. Hokins biletləri bir-bir yoxlayıb və onlardan biri uğurlu çıxıb.

Sonradan Hokinsi xüsusi mərasimə dəvət ediblər və orada onun adına yazılmış 100 min dollarlıq nəhəng çek təqdim olunub.

Qalib qadın bildirib ki, hələ pulun necə xərclənəcəyinə qərar verməyib. Onun sözlərinə görə, böyük ehtimalla məbləğin bir hissəsi ailə xərclərinə, qalan hissəsi isə istirahətə sərf olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar