Şimali Koreya  böyük ACLIQ ərəfəsində:   45 dollara banan, 100 dollara qəhvə…
18 iyun 2021 19:07 (UTC +04:00)

Şimali Koreya böyük ACLIQ ərəfəsində: 45 dollara banan, 100 dollara qəhvə…

 Şimali Koreyanın lideri Kim Çen In bundan əvvəl ölkədəki "tarixin ən pis vəziyyəti" ndən şikayətlənirdi və indi ilk dəfə olaraq ölkədə kifayət qədər qida olmadığını etiraf edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Əmək Partiyasının sədri aclığın miqyasını açıqlamayıb. Lakin BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının son təxminlərinə görə, onun ölkəsində təxminən 860 min ton qida tədarükünə böyük ehtiyac var. 

Digər məlumata görə, Şimali Koreyada ilk növbədə idxal olunan məhsullar üçün qiymətlər ağlasığmaz həddə sıçrayıb. Məsələn, yerli mağzalarda bir kiloqram banan 45 dollar, kiçik paket qara çay 70, qablaşdırma qəhvə 100 dolardan baha satılır. 

Qida böhranının əsas səbəbləri koronavirus pandemiyası və keçən ilki qasırğalardır. 

Koreya Xalq Demokratik Respublikası son dəfə belə bir vəziyyəti Sovet İttifaqının dağılmasından sonra yaşamışdı - o zaman ölkə humanitar yardım mənbələrindən kənarda qalmışdı. Beynəlxalq təşkilatların hesablamasına görə, nəticədə 3 milyon nəfərə yaxın adam ölmüşdü. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2803

Oxşar yazılar

Gürcüstanda yarım saata iki zəlzələ  oldu

Gürcüstanda yarım saata iki zəlzələ oldu

20 avqust 2025 , 22:10
Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27