Silahlıların pusqusuna düşən 3 jurnalist öldürüldü
27 aprel 2021 18:25 (UTC +04:00)

Silahlıların pusqusuna düşən 3 jurnalist öldürüldü

Aralarında jurnalistlərin də olduğu bir neçə nəfər Afrikanın Burkina-Faso respublikasında silahlı pusquya düşüblər. 

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, naməlum silahlı şəxslər Kompenqa əyalətində brakonyerlərə qarşı mübarizə üzrə patrul xidmətinə hücum ediblər. 

Bu haqda yayılan ilk xəbərdə insident zamanı 3 nəfərin yaralandığı, 4 nəfırin itkin düşdüyü bildirlib. Yoxa çıxanlardan 3-ü (ikisi İspaniya və biri İrlandiyadan olan) jurnalistlərdir. 

Bir müddət sonra Burkina-Fasoda İspaniyadan olan 2 jurnalistin meytinin tapıldığı xəbəri yayılıb. 

Burkina-Fasodakı təhlükəsizlik mənbələrinə istinadən, İrlandiyadan olan jurnalistin də öldürüldüyü bildirilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2049
avatar

Oxşar yazılar