Müğənni Britni Spirs Kaliforniyada sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs edilib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, hadisə martın 4-ü axşamı baş verib. Yerli vaxtla saat 21:30-da pop ulduzun avtomobilini yol patrul xidməti əməkdaşı saxlayıb. Saat 3:00-da onun həbsi Ventura Şəhər Şerif Departamenti tərəfindən həyata keçirilib və saat 6:00-da Spirs sərbəst buraxılıb. Daha sonra o, qanında alkoqol səviyyəsini təyin etmək üçün xəstəxanaya gedib.
"Bu, uğursuz və bağışlanmaz bir hadisə idi. Britni vicdanla və qanuna uyğun hərəkət etmək niyyətindədir. Ümid edirəm ki, bu, onun həyatında çoxdan gözlənilən dəyişikliyə doğru ilk addım olacaq", - sənətçinin nümayəndəsi Keyt Hadson bildirib.