Şənbə günü bahalı avtomobil aldı, bazar günü qəza törətdi
08 noyabr 2021 01:21 (UTC +04:00)

Şənbə günü bahalı avtomobil aldı, bazar günü qəza törətdi

0

İsveçrənin Zuq şəhərində maraqlı hadisə baş verib.

Lent.az-ın İsveçrə mətbuatına istinadla xəbərinə görə, 61 yaşlı qadın avtomobilini park etmək istəyərkən tormoz və qaz pedallarını səhv salıb.

Nəticədə o, bir gün əvvəl aldığı bahalı avtomobili restoranın divarına çırpıb. Hadisə nəticəsində avtomobilə ciddi zərər dəysə də, sürücü xəsarət almayıb. Polisin məlumatına görə, bu, qadının ilk avtomobili olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2648

Oxşar yazılar