Konqo Demokratik Respublikasında son 2 gündə aramsız yağışlar nəticəsində azı 20 nəfər həyatını itirib.
Lent.az-ın xəbərinə görə, bu barədə polisdəki mənbələr məlumat verib.
Ən ağır vəziyyət Masisi regionunda qeydə alınıb. Ölənlərin əksəriyyəti quyu qazanlardır. Sel bir kənddə ana və 4 övladını, digər ərazidə isə bir ailənin 3 üzvünü aparıb.