Türkiyənin məşhur mafiya rəhbəri Sedat Peker koronavirusa yoluxub.
Lent.az xəbər verir ki, bu haqda o sosial media hesabında məlumat paylaşıb.
Mafiya lideri qeyd edib ki, özü, həyat yoldaşı, qızı, oğlanları, iki mühafizəçisi və evində çalışan 3 köməkçisi COVİD-19 virusuna yoluxublar.
Sedat Peker xəstəliyi çətin keçirdiyini, virusun ciyərinin bir hissəsini zəbt etdiyini açıqlayıb.
Qeyd edək ki, məşhur mafiya rəhbəri son günlər hökümət üzvlərinə səsləndirdiyi ittihamlarla gündəm idi.
O, hazırda axtarışdadır.