Rusiyanın ən böyük bankı SWIFT-dən kənarlaşdırıldı
31 may 2022 04:46 (UTC +04:00)

Rusiyanın ən böyük bankı SWIFT-dən kənarlaşdırıldı

Avropa İttifaqı ölkələri Rusiyaya qarşı 6-cı sanksiya paketi çərçivəsində ölkənin əsas maliyyə qurumlarınan olan “Sberbank”ı SWIFT beynəlxalq banklararası ödəniş sistemindən ayırmaqla bağlı razılığa gəlib.

Lent.az-ın xəbərinə görə, qərar Aİ liderlərinin Brüsseldə keçirilən görüşündə qəbul edilib.

“Sanksiyalar paketi Rusiyanın ən böyük bankı olan “Sberbank”ın SWIFT-dən kənarlaşdırılması kimi ciddi tədbiri də nəzərdə tutur” -  deyə Aİ Şurasının Prezidenti Şarl Mişel bəyan edib. 

Qeyd edək ki, daha əvvəl Rusiyanın 7 bankı SWIFT-dən kənarlaşdırılmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1893
avatar

Oxşar yazılar