Rusiyanın Baş Qərargah rəisini  məhv etmək cəhdi:   TƏFƏRRÜAT
19 dekabr 2022 10:54 (UTC +04:00)

Rusiyanın Baş Qərargah rəisini məhv etmək cəhdi: TƏFƏRRÜAT

Ukrayna Silahlı Qüvvələri həqiqətən də Rusiya Baş Qərargah rəisi Valeri Qerasimov İzyuma gələndə onu məhv etməyə çalışıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə rusiyalı hüquq müdafiəçisi Mark Feyqinə Prezident Aparatının müşaviri Aleksey Arestoviç məlumat verib.
 
Arestoviçin sözlərinə görə, Qerasimov təxminən aprel-may ayının sonunda Xarkov vilayətinin İzyum şəhərinə gəlmək qərarına gəlib. Bundan xəbər tutan Ukrayna Silahlı Qüvvələri onu məhv etməyə çalışıb. Rusiya rəhbərliyinin yerləşdiyi qərargah tamamilə dağıdılıb, lakin təəssüf ki, Qerasimov oranı tərk etməyi bacarıb.
 
"Orada Qasimov olmasa belə, kifayət qədər sayda yüksək rütbəli zabitlər, mühafizəçilər və başqaları ölüb. Lakin o, bir qədər tez getməyə müvəffəq olub", - Arestoviç vurğuayıb.
 
Xatırladaq ki, “The New York Times” ABŞ-ın Ukraynadakı döyüş bölgəsinə səfəri zamanı Rusiya Baş Qərargah rəisi Valeri Qerasimovu öldürməsinin qarşısını almağa çalışdığını yazıb. Qəzet yazıb ki, ABŞ rəsmiləri general Valeri Qerasimovun cəbhə bölgəsinə səfər etməyi planlaşdırdığını öyrənib, lakin onun həyatına qəsdin ABŞ və Rusiya arasında müharibəyə səbəb ola biləcəyindən ehtiyat edərək bu məlumatı ukraynalılardan gizlədib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1980
avatar

Oxşar yazılar