Rusiyalı məşhur teleaparıcı, model və bloqer Viktoriya Bonyaya qarşı narkotik vasitələrin təbliği maddəsi ilə inzibati xəta protokolu tərtib edilib.
Lent.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məşhur model internetdən istifadə edərək narkotik vasitələrin təbliğində ittiham edilir.
Öz növbəsində 45 yaşlı model "Telegram" hesabında məsələyə aydınlıq gətirib.
O qeyd edib ki, onun internet saytı hakerlər tərəfindən ələ keçirilib və narkotik satışı üçün istifadə edilib, özünün isə bu məsələdən ümumiyyətlə xəbəri olmayıb. Lakin model bu məsələni məhkəmədə də isbat etməli olacaq.
İyunun 26-da Moskvada məhkəmə narkotiklərin təbliği ilə əlaqədar V.Bonyaya qarşı tərtib edilmiş inzibati protokola baxacaq. Əgər onun təqsiri sübuta yetirilərsə, V.Bonya 30 min rubla qədər (təxminən 645 manat) cərimə ödəyə bilər.