Rusiyada yanğın zamanı 4 uşaq öldü
24 aprel 2021 05:49 (UTC +04:00)

Rusiyada yanğın zamanı 4 uşaq öldü

Rusiyanın Perm bölgəsində şəxsi evdə baş vermiş yanğın zamanı dörd uşaq ölüb. Hadisədən sonra istintaqçılar tərəfindən cinayət işi açılıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya Federasiyası İstintaq Komitəsinin saytında yer alıb.

“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü bəndi üzrə (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) cinayət işi başlanılıb”, - məlumatda belə deyilir.

İstintaq Komitəsinin açıqlamasına görə, uşaqlar evdə nəzarətsiz qalıblar. Əlavə edilir ki, hadisə yerinə baxış keçirilir, bundan sonra məhkəmə ekspertizaları təyin ediləcək.

Qeyd edək ki, yanğın Çusovski şəhər dairəsinin Utyos qəsəbəsində baş verib. Regionun Səhiyyə Nazirliyinin nümayəndəsi əvvəlcə üç uşağın öldüyünü bildirsə də, İstintaq Komitəsi dörd uşağın öldüyünə aydınlıq gətirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 918
avatar

Oxşar yazılar