Rusiyada təyyarə qəzasında ölənlərin sayı 4-ə çatdı - YENİLƏNİB-1
12 sentyabr 2021 22:48 (UTC +04:00)

Rusiyada təyyarə qəzasında ölənlərin sayı 4-ə çatdı - YENİLƏNİB-1

Rusiyanın İrkutsk vilayətində “L-410” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə TASS-a operativ qərargahdan məlumat verilib.

Bildirilib ki, “iki sərnişin və ik pilot ölüb”.

Qalan 12 nəfər xəsarət alıb, sərnişinlərdən birinin vəziyyəti çox ağırdır. Onlardan ikisi təyyarənin içərisində sıxılmış vəziyyətdə qalıb, onların çıxarılması üçün işlər görülür.

***

Saat 22:14

Rusiyanın İrkutsk vilayətində “L-410” tipli sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində bir nəfər ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Vahid Növbətçi Dispetçer Xidmətindən bildirilib.

***

Saat 21:13

Rusiyanın İrkutsk vilayətində “L-410” tipli təyyarə sərt eniş edib.

APA xəbər verir ki, bu barədə TASS-a təcili tibbi yardım xidmətindən bildirilib.

“İlkin məlumatlara görə, Kazaçinskoye kəndindən 4 km cənub-qərbdə İrkutskdan Kazaçinskoye istiqamətində uçan “L-410” təyyarəsi sərt eniş edib. Təyyarənin göyərtəsində 2 ekipaj üzvü və 14 sərnişin olub”, - məlumatda belə deyilir. Bildirilir ki, nəticədə bir neçə nəfər xəsarət alıb.

Təyyarə eniş zamanı alışıb, ağaclara dəyərək qəzaya uğrayıb. Bir neçə nəfər xəsarət alıb, onlardan bəziləri sərbəst şəkildə təyyarədən düşüblər. Hadisə yerinə xilasedicilər cəlb olunub.

Hadisənin ya dumanda eniş etmək istəyən ekipajın səhvi, ya da mühərrikin sıradan çıxması ucbatından baş verdiyi ehtimal olunur.

# 1086
avatar

Oxşar yazılar