Rusiyada indi də “WhatsApp”ın bağlanması təklif edildi
21 mart 2022 20:42 (UTC +04:00)

Rusiyada indi də “WhatsApp”ın bağlanması təklif edildi

Rusiyanın İctimai Palatası Federasiya ərazisində “WhatsApp” mesencerinin bloklanmasını təklif edib.

Lent.az-ın xəbərinə görə, bunu TASS agentliyinə palatanın işçi qrupunun rəhbəri Aleksandr Malkeviç  bildirib.
Qrup rəhbəri bildirib ki, ölkədə Meta şirkətinin məhsulları olan “Facebook” və “Instagram” bağlandığı halda, şirkətə məxsus mesencerin açıq saxlanması məntiqsizdir. “WhatsApp” mesencerində kifayət qədər yalan xəbər yayıldığı halda, onu istisna hal kimi açıq saxlamaq olmaz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2182

Oxşar yazılar