Rus qızının ətəyi İran rəsmisinə baha başa gəldi
26 iyul 2022 09:51 (UTC +04:00)

Rus qızının ətəyi İran rəsmisinə baha başa gəldi

İranın rabitə nazirinin qalmaqallı fotosunun yayılması Rabitə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdirinin işdən çıxarılması ilə nəticələnib.

Lent.az xəbər verir ki, söhbət İranın rabitə naziri İsa Zarepurun hicabsız rus qadınla birgə fotosunun yayılmasından gedir. 

Belə ki, buna görə sözügedən nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri iyulun 25-də işdən çıxarılıb.

Qeyd edək ki, bu kimi fotoların yayılması, xüsusən də məcburi hicab məsələsində İslam Respublikası hökumətinə qarşı ciddi narazılığın yarandığı bir vaxtda sosial şəbəkə istifadəçiləri arasında geniş reaksiyalara səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4281

Oxşar yazılar