Əfqanıstanın Tacikistanla sərhədində, Qunduz şəhərində yüzlərlə polis və hərbçi “Taliban” silahlılarına qoşulub.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə Qunduz vilayətinin qubernatoru Əmruddin Vəli “France Press”ə bildirib.
Bildirilir ki, Qunduz şəhəri tam “Taliban”ın nəzarətinə keçib. Əfqanıstan hakimiyyəti orada təzədən nəzarəti ələ almaq istəsə də mümkün olmayıb.
Sevinc Fərid