Rekord istilər qeydə alındı
03 iyun 2023 05:15 (UTC +04:00)

Rekord istilər qeydə alındı

Çinin bir çox bölgələrində havanın temperaturu may ayı üçün maksimum həddi keçib.

Lent.az xəbər verir ki, Çinin Milli İqlim Mərkəzinin direktor müavini Qao Ronq ölkənin 446 nöqtəsində meteoroloji stansiyaların əvvəlki dövlərlə müqayisədə ən yüksək temperaturu qeydə aldığını açıqlayıb. Mərkəzin məlumatına görə, Cənubi Çinin əksər hissəsində havanın temperaturu yaxın üç gündə 35 dərəcəni keçəcək, bəzi ərazilərdə isə 40 dərəcədən yuxarı olacaq.

Mart ayında mərkəzi Çindəki Vuhan və Zhengzhou şəhərlərində temperatur ilin bu dövrü üçün normadan 10 dərəcə yuxarı olub. 2023-cü ildə ölkənin şimalı gözlənilmədən cənubdan daha isti olub ki, bu da nəşrə görə ekoloji problemləri daha da kəskinləşdirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1623
avatar

Oxşar yazılar