Rəfiqəsinə "müştəri" daşıyan  taksi sürücüsü ifşa olundu
06 may 2026 16:45 (UTC +04:00)

Rəfiqəsinə "müştəri" daşıyan taksi sürücüsü ifşa olundu

0

Ukraynanın İvano-Frankivsk şəhərində hüquq-mühafizə orqanları fahişəliyin təşkili ilə məşğul olan bir qadını ifşa ediblər.

Lent.az yerli mediaya istinadla bildirir ki, taksi sürücüsü işləyən qadın əlavə qazanc əldə etmək üçün bu fəaliyyətlə məşğul olub və rəfiqəsinə müştəri tapmaqda “kömək” edib. Onun qanunsuz fəaliyyəti ilə bağlı faktlar sənədləşdirilib. Şübhəli şəxsə ittiham irəli sürülüb, rəfiqəsi isə inzibati cəza alıb.

İstintaq müəyyən edib ki, Yezupol qəsəbəsinin 27 yaşlı sakini faiz qarşılığında rəfiqəsi üçün müştərilər tapırmış. O, sifarişləri Telegram kanalı vasitəsilə və ya şəxsi görüşlər zamanı qəbul edib. Qadın dəfələrlə şəhərin mərkəzindəki məşhur restoran və əyləncə məkanlarının qarşısından kişiləri götürüb, qiymət barədə razılığa gəlib və onları şərikinin yaşadığı mənzilə aparıb. Taksi sürücüsü hər sifarişdən təxminən 35% pay alırmış. Bundan əlavə, müştərilər yol pulunu ayrıca ödəyiblər.

Hazırda taksi sürücüsünü fahişəliyin təşkili və ya bu fəaliyyətə cəlbetmə ittihamı ilə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 148

Oxşar yazılar