Qroznıda partlayışlar:  Kadırovun xüsusi təyinatlılarına  pilotsuz təyyarələr hücum edib? -VİDEO
04 dekabr 2024 15:26 (UTC +04:00)

Qroznıda partlayışlar: Kadırovun xüsusi təyinatlılarına pilotsuz təyyarələr hücum edib? -VİDEO

Dekabrın 4-də Qroznıda partlayış baş verib, ehtimal ki, Çeçenistanın rəhbəri Ramzan Kadırovu qoruyan xüsusi təyinatlı alayına pilotsuz təyyarə hücumu olub. 

Lent.az bildirir ki, bu barədə Baza Telegram kanalı məlumat yayıb.

Şahidlər səhər saat 5 radələrində güclü partlayışın baş verdiyini bildiriblər. Həmçinin dekabrın 4-nə keçən gecə yerli hava limanında “Xalça” planı tətbiq edilib və bu da Moskvaya reysin gecikməsinə səbəb olub. 

Mənbələrin bildirdiyinə görə, pilotsuz təyyarələr Ramzan Kadırovun təhlükəsizliyinə cavabdeh olan Axmat Kadırov adına xüsusi təyinatlı alayının obyektlərindən birinə hücum edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 957
avatar

Oxşar yazılar