Gürcüstan sakini səhvən həmkəndlisini güllələyərək öldürüb.
Lent.az APA-ya istinadla bildirir ki, Acariyanın Xala kəndinin sakini ötən gecə səhvən qonşusunu güllələdiyini bildirərək polisə təslim olub.
Buna səbəb həmkəndlisini ayıya bənzətməsi olub. O bildirib ki, hava çox qaranlıq olub, balıq tutmaqdan qayıdan gənci ayıya bənzədib. Gənc səs çıxarmadığı, ancaq hərəkət etdiyi üçün onu ayı hesab edib və atəş açmağa başlayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.